FANDOM



AVROPA AZƏRBAYCAN PARTİYASI

Avropa Azərbaycan Partiyası - 2018-ci ildə yaranmışdır və yaranmasında əsas məqsəd Azərbaycanı daha gözəl məkana çevirməkdir. Bayrağı Avropa Ulduzları və Azərbaycanın xəritəsindən ibarətdir. Bayrağının mənası Azərbaycanın Avropa daxilində olmasıdır. Qarşısına qoyduğu ən böyük nailiyyətlərdən biri də Azərbaycanın ənənəvi qədim torpaqlarını geri qaytarmaqdır - Bu partiya Cənubi Azərbaycanı, Qarabağı, Ermənistanın bir çox hissəsini, hətta Rusiyanın Cənub hissələrini Azərbaycana qataraq, ərazi bütövlüyünü yenidən təmin etmək istəyir.

Partiyanın Tarixi

Partiya 2018-ci il May ayının 30-da açılmışdır. 2003-cü ildən bəri keçirilən qeyri-ədalətli seçkilərdən, Qarabağ uğrunda bir çox insanların düşüncələrindən, verilən çox düşük əmək haqqlarından qaynaqlanaraq, bu partiya bütün bunları ləğv etmək üçün beləsi bir hadisəyə əl atır və Qəbələ rayonunda ideyası qoyularaq, partiya açılır. Partiya Azərbaycanın daha çoxuna yaraşdığını deyir.

Mövqeyi

Partiya Azərbaycanda demək olar ki hər şeyi dəyişmək istəyir: Onun təhsilini, idarəetmə sistemini, əmək müqavilələrini, qanunlarını hətta avtomobillərin qeydiyyat nişanlarını belə dəyişərək, Yeni Azərbaycan yaradaraq, Əliyevlərin hakimiyyətinə son qoymaq istəyir. Partiya Dünyanın ən çox neftinin ixrac edildiyi ölkədəki ədalətsizliyə, düşük maaşa, aşağı yaşayış tərzinə qarşı vuruşaraq, hər bir Azərbaycan Vətəndaşına daha yaxşı həyat təqdim edəcəyinə söz verir.

Simvolu (Loqosu)

Partiyanın simvolunun çox böyük anlamları vardır - bayrağın mənası Azərbaycanın Avropada daha da gözəl olduğunu bildirir. Avropa Birliyinin Ulduzlarından biri isə əlavə olunaraq - onun da Azərbaycan olması bildirilir, yəni, Azərbaycan çox qısa zamanda o ulduzlardan biri olaraq, AB (Avropa Birliyinə) daxil olacaq.

Cavanlar üçün Qolu

Partiyanın gənclərimizin gözünü açması üçün, onları daha parlaq yola çəkməsi üçün Cavanlar üçün olan Gənc Avropa Azərbaycanlıları üçün olan qolu açılmışdır. Bu qolu da Qəbələ rayonunda açılmışdır. Azərbaycan Respublikasının Qanunlarına əsasən 18 yaşını keçmiş hər bir Azərbaycan Vətəndaşı, Gənc Avropa Azərbaycanlıları qoluna qoşula bilərlər. Ən çox (maksimum) yaş həddi isə 28-dir. Partiyaya üzv olmaq üçün isə minimum yaş həddi 18 olmaqla, maksimum yaş həddi nəzərdə tutulmayıb.

Qərargahı

Avropa Azərbaycan Partiyasının baş qərargahı Qəbələ rayonunda yer alır. Mühüm məsələlər, ideyalar və layihələr bu qərargahda baş tutur.

Partiyanın Dəyişiklikləri

Community content is available under CC-BY-SA unless otherwise noted.